...

AMEA Elm Tarixi İnstitutunun direktoru Rusiyaya səfər edəcək

Cəmiyyət Materials 23 Mart 2016 09:47 (UTC +04:00)
AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli 28 mart-1 aprel 2016-cı il tarixlərində Rusiya Federasiyasında elmi ezamiyyətdə olacaq.
AMEA Elm Tarixi İnstitutunun direktoru Rusiyaya səfər edəcək

Bakı. İlhamə İsabalayeva-Trend:

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli 28 mart-1 aprel 2016-cı il tarixlərində Rusiya Federasiyasında elmi ezamiyyətdə olacaq.

Akademiyadan Trend-ə verilən məlumata görə, M.Seyidbəyli Rusiya Elmlər Akademiyasının S.İ.Vavilov adına Elm və Texnologiya Tarixi İnstitutunun XXII illik elmi konfransında iştirak edəcək. O, konfransda "Azərbaycanda neft sənayesinin tarixi - Bibi Heybət buxtasının yaranması" mövzusunda məruzə ilə çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti