...

Azərbaycanda 173 mindən çox muzdlu işçi var

Cəmiyyət Materials 24 Mart 2016 10:54 (UTC +04:00)
Bu ilin yanvar ayında sənayedə çalışan muzdlu işçilərin sayı 173,4 min nəfər təşkil edib.
Azərbaycanda 173 mindən çox muzdlu işçi var

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin yanvar ayında sənayedə çalışan muzdlu işçilərin sayı 173,4 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, onların 33,9 min nəfəri mədənçıxarma, 88,7 min nəfəri emal, 25,6 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 25,2 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.

Yanvar ayında sənayedə işləyənlərin orta aylıq əmək haqqı 33,3 faiz artaraq 939,2 manata çatmışdır. Artımın əsas səbəbi mədənçıxarma sənayesində xarici investisiyalı müəssisələrdə çalışan əcnəbi işçilərə hesablanmış əmək haqlarının devalvasiya ilə əlaqədar milli valyuta ekvivalentində artması olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti