...

Oğurluqda təqsirləndirilən şəxs 6 il cəza aldı

Cəmiyyət Materials 31 Mart 2016 12:31 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilərək həbs edilən Müqabil Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oğurluqda təqsirləndirilən şəxs 6 il cəza aldı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilərək həbs edilən Müqabil Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Musayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Müqabil Musayev ötən il polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti