...

İstirahət günü ölkə ərazisində mülayim yaz havası

Cəmiyyət Materials 9 Aprel 2016 12:18 (UTC +04:00)
İstirahət günü ölkə ərazisində hava şəraiti mülayim keçəcək.
İstirahət günü ölkə ərazisində mülayim yaz havası

Bakı. Trend:

İstirahət günü ölkə ərazisində hava şəraiti mülayim keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 14-19, Bakıda gecə 7-9, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə aprelin 10-da əsasən dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti