...

AZAL Gəncə-Naxçıvan marşrutu üzrə uçuşlara başlayır

Cəmiyyət Materials 11 Aprel 2016 15:03 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın 15-dən etibarən Gəncədən Naxçıvana müntəzəm reyslərə başlayır.
AZAL Gəncə-Naxçıvan marşrutu üzrə uçuşlara başlayır

Bakı. Trend:

"Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın 15-dən etibarən Gəncədən Naxçıvana müntəzəm reyslərə başlayır.

AZAL-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə birbaşa uçuşlar həftədə 4 dəfə - bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək. Gəncə Beynəlxalq Hava Limanından uçuş - saat 12:55-də, Naxçıvan Beynəlxalq Hava Limanına eniş - saat 14:25-də; Naxçıvandan uçuş - saat 15:05-də, Gəncə Beynəlxalq Hava Limanına eniş - saat 16:40-da.

Uçuş müddəti 1,5 saat təşkil edir ki, bu da uçuşun münaqişə zonasından yan keçməklə təhlükəsiz ərazilər üzərindən həyata keçirilməsi ilə bağlıdır.

Ölkədaxili sərnişin daşımalarının qiymətini tənzimləyən Azərbaycanın Tarif (qiymət) Şurası bu marşrut üzrə bir tərəfə aviabiletin qiymətini 60 manat məbləğində təyin edib.

Aviareyslər komfortlu Embraer E-190 laynerləri ilə həyata keçiriləcək.

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkün olacaq. Daha ətraflı: (+994 12) 598-88-80; *8880; e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti