Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əmir Dəmirov və Əli Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend-in məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Əmir Dəmirov 7 il, Əli Zeynalov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs metronun "20 Yanvar" stansiyası yaxınlığında saxlanılıb. Onların üzərində aparılan axtarış zamanı 2.826 qram qurudulmamış marixuana aşkarlanıb.
Onlara Cinayət Məcəlləsinin 234.4.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət başlanılıb.