...

ABB-dən 170 milyon manat mənimsəməkdə təqsirləndirilən şəxsin şikayəti təmin olunmadı

Cəmiyyət Materials 20 Aprel 2016 18:41 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankından (ABB) 170 milyon manat kredit götürərək mənimsəməkdə təqsirləndirilən, hazırda həbsdə olan “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuzun şikayəti təmin edilməyib.
ABB-dən 170 milyon manat mənimsəməkdə təqsirləndirilən şəxsin şikayəti təmin olunmadı

Bakı. Samir Əli - Trend:

Bu gün Nərimanov rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə Azərbaycan Beynəlxalq Bankından (ABB) 170 milyon manat kredit götürərək mənimsəməkdə təqsirləndirilən, hazırda həbsdə olan "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuzun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı verilən vəsatətə baxılıb.

Bu barədə Trend-ə təqsirləndirilən şəxsin vəkili Sadiq Rəsulov məlumat verib.

Prosesdə şikayət araşdırılıb və təmin edilməyib.

Xatırladaq ki, hazırda həbsdə olan E.C.Yavuzun səhhətində ciddi problemlər yaranıb. Ona "bel-oma fəqərələrinin osteoxondrozu, L-4 və L-5 fəqərələrarası diskdə epidural sol daralma, qabarma, L5-S1 fəqərəarası diskdə sağ və sol sinir köpücüklərini sıxan soltərəfli kökcük sindromu ilə olan xroniki diskogen bel-oma radikuliti" və "S-vari bağırsağın divertikuliti" diaqnozları təyin edilib. Hazırda o, Penitensiar Xidmətin Müalicə Müəssisəsinin həkimlərinin ciddi nəzarətində saxlanılır, ağrılarını sakitləşdirmək üçün ona keyidici iynələr vurulur.

Qeyd edək ki, E.C.Yavuz Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti