...

Ölkənin bəzi ərazilərinə 2 sm-ə qədər qar yağıb

Cəmiyyət Materials 22 Aprel 2016 12:08 (UTC +04:00)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən ölkədəki faktiki hava ilə bağlı açıqlama verib. Trend-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi aprelin 22-də ölkə ərazisində hava şəraiti dəyişərək qeyri-sabit keçib, güclü şimal-qərb küləyi əsib, şimşək çaxıb, əksər rayonlarda yağış, dağlıq rayonlarda qar yağıb (1-9 mm).

Qar örtüyü əmələ gəlib, qar örtüyünün hündürlüyü Ləzədə 2 sm olub. Havanın temperaturu 10-12 dərəcə aşağı enib. Qeyri-sabit hava şəraiti aprelin 23-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti