Bakı. Anaxanım Hidayətova - Trend:
Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu 2,5 mindən çox iştirakçısına beynəlxalq gündəliyin irəliləməsi üçün innovasiya həllərinin tapılması imkanı verəcək.
Trend-in Alyansın saytına istinadən verdiyi məlumata görə, bunu BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdül Əziz ən-Nasir deyib.
O bildirib: "Dünya ictimaiyyəti olaraq, biz dinc və ədalətli cəmiyyətin yaradılması uğrunda birgə məsuliyyətimizi daha nəzərə almaya bilmərik. Forum ümumbəşəri əsasları tapmaq, praktik və səmərəli həlləri, qlobal tərəfdaşlığı müəyyənləşdirmək üçün unikal imkan yaradacaq".