...

Azay Quliyev növbəti müddətə sədr seçildi

Cəmiyyət Materials 22 Aprel 2016 15:03 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
Azay Quliyev növbəti müddətə sədr seçildi

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb. Azay Quliyev yenidən növbəti müddətə Şuranın sədri seçilib.

Vüsal Quliyev Şuranın sədr müavini, Nərgiz Eyvazova isə katibi seçilib.

A.Quliyev Şura üzvləri adından göstərdiyi yüksək etimada görə cənab Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamı ilə Vüsal Quliyev, İlqar Məmmədov, Zakir Hacıyev, Sahib Məmmədov, Nərgiz Eyvazova, Emin Həsənli, Rufiz Qonaqov, Azay Quliyev, Şahin İsmayılov, Anar Xəlilov və Əliməmməd Nuriyev Şuraya üzv təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti