...

Fransalı deputat: Tolerantlıq Azərbaycanın simvoludur

Cəmiyyət Materials 26 Aprel 2016 16:09 (UTC +04:00)
Ermənistanın Dağlıq Qarabağı işğal etməsi ədalətsizlikdir.
Fransalı deputat: Tolerantlıq Azərbaycanın simvoludur

Bakı. Anaxanım Hidayətova - Trend:

Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu müxtəlif mədəniyyət və sivilizasiyaların nümayəndələrini bir araya gətirən mühüm tədbirdir və tolerantlığın Azərbaycanın simvolu olduğunu bir daha təsdiq edir. Bunu Trend-ə forumun kuluarlarında Fransa parlamentinin deputatı Jan-Lyuk Reytser deyib.

O, qeyd edib: "Mən bura gəlməkdən həmişə şadam. Burada heç vaxt olmayan insanlar Azərbaycanın həqiqətən də sabitlik məkanı olduğunu bilmirlər".

Deputat bildirib ki, Ermənistanın Dağlıq Qarabağı işğal etməsi ədalətsizlikdir: "Ermənistan BMT-nin qərarlarına hörmət etməlidir. Hesab edirəm ki, ATƏT-in Minsk qrupu sülhün təmin olunması üzrə fəaliyyətini davam etdirməlidir".

Onun sözlərinə görə, erməni işğalı nəticəsində öz torpaqlarından ayrı düşən azərbaycanlı qaçqınlara münasibətdə ədalət lazımdır və onlar öz evlərinə qayıtmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti