...

Allahşükür Paşazadə: Azərbaycan dövlət-din münasibətləri baxımından nümunəvi ölkədir (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2016 15:28 (UTC +04:00)
Azərbaycan dövlət-din münasibətləri baxımından nümunəvi bir ölkədir.
Allahşükür Paşazadə: Azərbaycan dövlət-din münasibətləri baxımından nümunəvi ölkədir (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan dövlət-din münasibətləri baxımından nümunəvi bir ölkədir. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində "Dini rəhbərlər və zorakı ekstremizm: önləyici tədbirlərlə bağlı çətinliklər" mövzusunda sessiyada çıxışı zaman deyib.

A.Paşazadə bildirib ki, Azərbaycanda heç bir dini ayrı-seçkilik yoxdur: "Azərbaycan yeganə ölkələrdəndir ki, bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində birgə yaşayır, müsəlmanlar arasında heç bir məzhəb ayrı-seçkiliyi yoxdur".

O deyib ki, Azərbaycanda əsrlər boyu ayrı-ayrı dini inanclı insanlar sərbəst, sülh şəraitində yaşayıb, indi də belədir.

QMİ sədri əlavə edib ki, İslam adından siyasi məqsədlər üçün istifadəyə cəhdlər edilir: "Pakistanda, Türkiyədə və başqa ölkələrdə törədilən terror aktları bizi ciddi narahat edir".

Şeyxülislam qeyd edib ki, ermənilər Azərbaycan ərazilərini işğal edib, ərazilərimizdə soyqırımlar törədib, tarixi abidələrimizi dağıdıblar: "Biz münaqişənin həll edilməsinə çalışırıq. Azərbaycanda daxili sabitlik güclü olduğundan bu istiqamətdə ciddi işlər apara bilərik. Biz bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti