...

Deputat: Prezident İlham Əliyevin cəbhəyanı bölgələrə səfəri onun xalqla bir yerdə olduğunu göstərir

Cəmiyyət Materials 2 May 2016 17:05 (UTC +04:00)
Prezident İlham Əliyevin cəbhəyanı bölgələrə səfəri onun xalqla bir yerdə olduğunu göstərir.
Deputat: Prezident İlham Əliyevin cəbhəyanı bölgələrə səfəri onun xalqla bir yerdə olduğunu göstərir

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezident İlham Əliyevin cəbhəyanı bölgələrə səfəri onun xalqla bir yerdə olduğunu göstərir. Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Prezidentin bu bölgələrə səfərini çox təqdirəlayiq hal sayan deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin cəbhəyanı ərazilərə səfər erməsi orada yaşayan insanlar, əsgərlər tərəfindən də çox yüksək qiymətləndirilir: "Hələ aprelin 2-5-də olan hadisələr zamanı Prezident öz sözünü demişdi. Ordumuzun qələbəsindən sonra xalq öz Prezidenti ilə həmrəyliyini göstərmişdi. O zaman keçirilən aksiyaların hamısı sübut etdi ki, Prezident, xalq, əsgərlərimiz bir yerdədir. Prezidentin cəbhəyanı bölgələrə səfəri bir daha göstərdi ki, həqiqətən də ölkə rəhbəri xalqla bir yerdədir. Eyni zamanda sakinlərin həyatı, cəbhədəki vəziyyət Prezidenti narahat edir. Ona görə də cənab Preizdentin orada olmağı yüksək qiymətləndirilir. Bu, həm də Heydər Əliyevin təcrübələrindən biridir. Vaxtilə ulu öndər də hakimiyyətə gələn kimi səfərini regionlara etdi. Beyləqan rayonuna, sonra Ağcabədiyə, daha sonra protokola əməl olunmadan cəbhəyanı ərazilərə getdi. Orada insanlara bildirdi ki, "mən sizin yanınızdayam, hec nədən çəkinmək lazım deyil". Halbuki o vaxt Ağcabədnin bir sıra yerlərinə də mərmi düşmüşdü".

T.Rzayev hesab edir ki, İlham Əliyevin cəbhəyanı bölgələrə səfəri həmin ənənələri təkrarlayır. Onun sözlərinə görə, belə səfərlər insanlarda yüksək əhvali-ruhiyyə oyadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti