Bakı. Trend:
MDB ölkələrinin qabaqcıl informasiya agentlikləri Trend BİA (Azərbaycan), "Belta" (Belarus), "Kazinform" (Qazaxıstan), "Kabar" (Qırğızıstan) xəbərlərin birgə yayılması barədə razılığa gəliblər.
Bu layihə çərçivəsində bir-birinin saytında informasiya agentliklərinin sisteminə qoşulmaqla xəbərlərin yayımını aparmağa imkan verən baner mübadilə şəbəkəsi yaradılıb.
Xəbərlərin birgə yayımı sisteminin yaradılması agentliklərə oxucuların sayını bir neçə dəfə artırmağa, informasiyanın yayılma məkanını, auditoriyanın və trafikin əhatə dairəsini genişləndirməyə imkan verir.
Bu xəbər kontentinin yayım sistemi kütləvi informasiya vasitələrinə yeni informasiya bazarlarına çıxmağa imkan verəcək.