...

Hikmət Babaoğlu: Elmin deyil, elmi fəaliyyətin səmərəli təşkilindən söhbət getməlidir

Cəmiyyət Materials 17 May 2016 20:08 (UTC +04:00)
"Elm haqqında" qanun layihəsi yüksək səviyyədə hazırlanıb. Bununla belə, layihənin bəzi maddələrinin təkmilləşdirilməsinə, müəyyən düzəlişlərə ehtiyac var".
Hikmət Babaoğlu: Elmin deyil, elmi fəaliyyətin səmərəli təşkilindən söhbət getməlidir

Bakı. Trend:

"Elm haqqında" qanun layihəsi yüksək səviyyədə hazırlanıb. Bununla belə, layihənin bəzi maddələrinin təkmilləşdirilməsinə, müəyyən düzəlişlərə ehtiyac var". Bu fikirləri "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Milli Məclisin bu gün keçirilən iclasında "Elm haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

H.Babaoğlu bildirib ki, qanun layihəsinin 4.2.4-cü maddəsində "multikulturalizm ideyasının elmi əsaslarının formalaşdırılması və cəmiyyət həyatındakı rolu və əhəmiyyətinin tədqiq və təbliğ edilməsi"ndən söhbət gedir. Millət vəkilinin sözlərinə görə, biz multkulturalizmdən danışanda onu həyat tərzi kimi səciyyələndiririk: "İdeya isə o deməkdir ki, o, hələ beyinlərdə mövcuddur, buna görə də təbliğ olunmasına ehtiyac var ki, multikultural cəmiyyət formalaşdıra bilək. Amma Prezident İlham Əliyev Azərbaycanda multikultural cəmiyyətin mövcud olduğunu bəyan edib. Belə olan halda qanun layihəsində bu müddəa multikulturalizmin əsaslarının öyrənilməsi kimi əks olunmalıdır".

H.Babaoğlu sənəddə "innovativ cəmiyyət" ifadəsinin də korrektəyə ehtiyac olduğunu qeyd edərək bildirib ki, "innovativ" anlayışı texniki termindir və elmi ixtiraların tətbiq olunduğu sahələr haqqında danışanda bu sözü demək mümkündür. O, təklif edib ki, bu ifadə layihədə dəyişdirilərək "intellektual" sözü ilə əvəzlənsin: "Qanun layihəsinin 7.10-cu maddəsində isə elmin səmərəli təşkilindən söhbət gedir. Hesab edirəm ki, bu fikir də dəqiqləşdirilməlidir. Çünki elmin deyil, elmi fəaliyyətin səmərəli təşkilindən söhbət getməlidir. Bununla yanaşı, 4.1.1-ci maddəsində yazılır ki, Azərbaycan dövləti elmin davamlı və sistemli inkişafının təmin edilməsini prioritet hesab edir. Fikrimcə, davamlılıq deyəndə, magistratura və doktorantura təhsilinin də fasiləsiz olmasını düşünməliyik. Bu gün orta məktəblərdə müəllimlərin 90 faizi qadınlardan ibarətdir. Belə getsə, yəni magistratura pilləsində təhsil qırılsa, bir müddətdən sonra ali təhsil müəssiəsələrində də professor-müəllim heyətinin 80 faizi qadınlardan ibarət olacaq. Beləliklə, biz cəmiyyətdə xarakter və şəxsiyyət formalaşdıra bilməyəcəyik. Çünki cəmiyyətə ötürdüyümüz yeni nəsil təhsil prosesində yalnız qadınlarla ünsiyyətdə olacaq. Ona görə də bu məsələyə diqqət yetirməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti