Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Xızıda avtobusun aşması nəticəsində yaralananların vəziyyəti ilə tanış olmaq üçün Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına baş çəkib.
Bu barədə Trend-ə Sumqayıt şəhər Səhiyyə Şöbəsindən məlumat verilib.
Şöbədən bildirilib ki, Siyəzən Müalicə Diaqnostika Mərkəzində qəza nəticəsində yaralanan 11 nəfərin Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə köçürülməsinə başlanılıb. Artıq xəstələrin bir hissəsi təcili tibbi yardım maşını ilə Sumqayıta gətirilib. Qalan xəstələr də yaxın saatlarda xəstəxanaya gətiriləcək.
O.Şirəliyev bundan əvvəl yaralananların vəziyyəti ilə tanış olmaq üçün Siyəzən Müalicə Diaqnostika Mərkəzinə baş çəkmişdi.
Baş həkimin müavini: Xızıdakı avtoqəza zamanı yaralanan xəstələrdən birinin vəziyyəti daha ağırdır (ƏLAVƏ OLUNUB)
Maşındakılar Sumqayıt Dövlət Texniki Kollecinin müəllim və texniki işçiləri olub. Onlar istirahət etmək üçün həmin rayona səfər ediblər.