...

"Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda milli kolorit aydın ifadə olunub"

Cəmiyyət Materials 24 İyul 2016 15:46 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda milli kolorit çox yaxşı və aydın ifadə olunub.
"Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda milli kolorit aydın ifadə olunub"

Bakı. Trend:

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda milli kolorit çox yaxşı və aydın ifadə olunub. Bunu Trend-ə Azərbaycan Su İdmanı Növləri Federasiyasının vitse-prezidenti, Bakı Su İdmanı Sarayının direktoru Elçin Həsənov deyib.

Onun fikrincə, bədii gimnastika çox maraqlı və nəcib idman növüdür: "Bu idman növü ətrafına yaxşı insanları toplayır".

E.Həsənov qeyd edib ki, ilk dəfədir bədii gimnastika üzrə belə səviyyəli yarışa gəlir: "Ailəmlə birgə yarışlara baxmağa gəlmişəm. Belə zalda olmaqdan məmnunam, yarışlar çox gözəl təşkil edilib".

Onun sözlərinə görə, Bakı Su İdmanı Sarayı gələn il İslam Həmrəylik Oyunları çərçivəsində bir sıra yarışları qəbul edəcək: "İslam Həmrəylik Oyunlarında Bakı Su İdmanı Sarayı üzgüçülük və suya tullanma yarışlarını, Avropa Oyunlarının parkı isə su polosu və basketbol yarışlarını qəbul edəcək".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparıb. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti