...

İƏT Gənclər Forumu Antalyada beynəlxalq gənclər düşərgəsi təşkil edəcək

Cəmiyyət Materials 29 İyul 2016 12:38 (UTC +04:00)
İƏT Gənclər Forumu Antalyada beynəlxalq gənclər düşərgəsi təşkil edəcək.
İƏT Gənclər Forumu Antalyada beynəlxalq gənclər düşərgəsi təşkil edəcək

Bakı. Trend:

Türkiyədə iflasa uğrayan hərbi çevrilişə qarşı, bu ölkəyə dəstək nümayişi məqsədilə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən (İKGF), “İstanbul-İslam Dünyasının Gənclik Paytaxtı” Məşvərət Qurumunun dünən keçirilən iclasında bir sıra beynəlxalq tədbirlərin həyata keçirlməsi haqda qərar qəbul edildi.

Tədbirlərin ilki olaraq bu ilin 10-25 avqust tarixlərində Antalya şəhərində Beynəlxalq Gənclik Düşərgəsi təşkil olunacaq.

10-16 avqustda oğlanların, 18-25 avqustda isə qızların iştirak edəcəyi 2 qrupda müsəlman ölkələrindən olan 200-ə yaxın gəncin iştirakı ilə Antalyada baş tutacaq düşərgəyə Türkiyənin Gənclik və İdman Nazirliyi dəstək göstərir.

Sözügedən iclasda çıxış edən İKGF-nin sədri Elşad İskəndərov bildirmişdir ki, bəzi beynəlxalq güclərin verdiyi dəstək ilə FETÖ tərəfindən planlaşdırılan çevriliş cəhdinin əsas səbəblərindən biri Türkiyənin hazırda problemli dövrünü yaşayan Yaxın Şərq arealındakı roluna zərbə vurmaq və ölkədəki stabilliyi pozmaq olmuşdur. Qiyamla bağlı E.İskəndərov o cümlədən, bunları bildirmişdir: “İKGF olaraq qiyamçıların bu xain hərəkətinə qarşı ümmət gəncliyini bir araya gətirməyə, bir sıra beynəlxalq layihələrin Türkiyədə davam etdirilməsinə qərar verdik. Gənclik Düşərgəsində İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələri təmsil edəcək aparıcı gənclər hərəkatları nümayəndələri bu xain cəhdə qarşı öz mövqeyini ifadə edərək, kritik bir dönəmdə yaşayan Türkiyə gəncliyi və Türkiyə demokratiyasının yanında olduğunu qətiyyətlə bir daha dünya ictimaiyyətinə çatdırmış olacaqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti