...

Natiq Cəfərlidən başqa yerə getməmək barədə iltizam alındı

Cəmiyyət Materials 10 Sentyabr 2016 12:57 (UTC +04:00)
Dünən həbsdən azad olunan Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli bu gun Baş Prokurorluğa dəvət olunub.
Natiq Cəfərlidən başqa yerə getməmək barədə iltizam alındı

Bakı. Samir Əli - Trend:

Dünən həbsdən azad olunan Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli bu gun Baş Prokurorluğa dəvət olunub. Bu barədə Trend-ə N.Cəfərlinin vəkili Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, bu gün N.Cəfərli barəsində olan cinayət işi ilə bağlı prokurorluqda olub: "Natiqə məlumat verilib ki, həbsdən azad olunsa da, onun barəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir və cinayət işində adı təqsirləndirilən şəxs kimi qalmaqdadır. Baş Prokurorluqda həmçinin Natiq Cəfərlidən başqa yerə getməmək barədə iltizam alınıb".

Qeyd edək ki, N.Cəfərli avqustun 12-də axşam saatlarında saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. N.Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.

Xatırladaq ki, sentyabrın 9-da Nəsimi rayon məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilmiş prosesdə Baş Prokurorluğun N.Cəfərli ilə bağlı təqdimatına baxılıb. Məhkəmə N.Cəfərli barədə həbs qərarını ləğv edib və o, azadlığa buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti