...

ATU-da "Bilik günü" (FOTO)

Cəmiyyət Materials 19 Sentyabr 2016 14:07 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Texnologiya Universitetində (ATU) "Bilik günü" münasibətilə tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, ATU-nun rektoru professor Akif Süeymanov yeni tədris ili münasibətilə kollektivi təbrik edib.

Universitetin tarixi, keçdiyi inkişaf yolu barədə danışan rektor bildirib ki, 46 il əvvəl ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan bu ali təhsil ocağının əhəmiyyəti günümüzdə daha yaxşı anlaşılır. Çünki müasir texnologiyaların sürətli inkişafı bu sahələr üzrə peşəkar kadrların hazırlanmasına tələbatı daha da artırıb. Bu reallıq isə ATU qarşısında qida, tikiş, toxuculuq və metallurgiya sənayeləri, eləcə də İKT sahəsi üzrə müasir tələblərə cavab verən mütəxəssis hazırlamaq tapşırığını daha ciddi şəkildə qoyur. Məhz buna görə də universitetin inkişaf etdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır.

Rektor universitetə yüksək balla daxil olan gənclərə tələbə biletləri və hədiyyələr təqdim edib. 538 bal toplayaraq sənayenin təşkili və idarə olunması ixtisasına qəbul olan Hüseyn Kazımova isə noutbuk təqdim olunub.

ATU-nun tədris işləri üzrə prorekktoru Vüqar İsmayılov isə qeyd edib ki, bu il qəbul olan 447 nəfərlə birlikdə universitetin tələbə kontingentinin sayı 2600 nəfərə çatıb. Onlar 4 fakültədə 24 ixtisas üzrə təhsil alacaqlar. Tədris prosesi 230 nəfərlik professor-müəllim heyət tərəfindən həyata keçiriləcək. Bu il ATU-ya qəbul olanlar arasında ən yüksək balı (538) toplayan tələbənin sənayenin təşkili və idarə olunması ixtisasını seçməsi isə göstərir ki, iqtisadiyyatın bu vacib sahəsinə olan tələbat artıq gələcəyin mütəxəssisləri tərəfindən də dərk olunur. Ümumilikdə isə ATU-ya qəbul olanların orta keçid balı 50 baladək yüksəlib ki, bu da keyfiyyət göstəricisinin artmasından xəbər verir.

Sonra çıxış edən valideyn və tələbələr universitetdə keyfiyyətli təhsil almaq üçün yaradılan şəraitə görə ATU-nun rəhbərliyinə təşəkkür ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti