...

3 saylı İstintaq təcridxanasındakı seçki prosesi tam şəffaf və müşahidəçilərin iştirakı ilə təşkil olunub (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2016 13:15 (UTC +04:00)
Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında 14 saylı Xəzər Dairə Seçki Komissiyasının 40 saylı seçki məntəqəsi fəaliyyət göstərir.
3 saylı İstintaq təcridxanasındakı seçki prosesi tam şəffaf və müşahidəçilərin iştirakı ilə təşkil olunub (FOTO)

Bakı. Samir Əli - Trend:

Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında 14 saylı Xəzər Dairə Seçki Komissiyasının 40 saylı seçki məntəqəsi fəaliyyət göstərir.

Trend-in məlumatına görə, məntəqə sədri Aslan Mirzəyev bildirib ki, məntəqə səhər saat 08:00-da fəaliyyətə başlayıb: "Saat 13:00-a qədər təcridxanada cəza çəkən məhkum və həbs edilmiş şəxslərin əksəriyyəti səsvermədə iştirak edib. Digər məhkumların da seçkidə iştirakı davam edir.

O qeyd edib ki, məntəqədə səs verən məhkumlar öz istəkləri ilə səsvermədə iştirak edirlər: "Proses tam şəffaf və müşahidəçilərin iştirakı ilə təşkil olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti