...

Peşə məktəblərinə direktorları təsisçilər də təyin edə biləcəklər

Cəmiyyət Materials 25 Noyabr 2016 16:00 (UTC +04:00)
Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinə direktor təyinatı ilə bağlı qanunvericiliyə dəyişiklik edilib.
Peşə məktəblərinə direktorları təsisçilər də təyin edə biləcəklər

Bakı. İlhamə İsabalayeva - Trend:

İlk peşə-ixtisas təhsili müəssisələrinə direktor təyinatı ilə bağlı qanunvericiliyə dəyişiklik olunub.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı "İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nə dəyişiklik edilib.

Nizamnamənin hazırkı variantına görə, dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə rəhbərliyi Təhsil Nazirliyi tərəfindən təyin edilmiş direktor həyata keçirir.

Yeni qərarla isə bu müəssisələrə rəhbərliyi tabeliyində olduğu dövlət orqanı və ya təsisçi tərəfindən təyin edilmiş direktor həyata keçirəcək.

Nizamnaməyə edilən yeni dəyişikliyə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrinin müəyyən edilmiş qaydada monitorinq keçirmək vəzifəsi ləğv edilib.

Yeni əlavəyə görə, bu müəssisələr qanunvericiliyə uyğun keçirilən monitorinqlərə şərait yaratmalıdırlar.

İlk peşə-ixtisas təhsili müəssisələrinin “tədris prosesini təşkil etmək və onun monitorinqini həyata keçirmək” hüququ da ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti