...

Astara və Daşkəsəndə küləyin enerji təchizatında yaratdığı problem aradan qaldırılıb

Cəmiyyət Materials 5 Dekabr 2016 14:53 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Astara və Daşkəsən rayonlarında qeyri sabit hava şəraiti nəticəsində küləyin elektrik enerji təsərrüfatında yaratdığı problem dərhal aradan qaldırılıb.

Bu barədə Trend-ə açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın heç bir rayonunda elektrik enerjisinin verilməsində problem yoxdur:

"Astara və Daşkəsən rayonlarında bəzi yerlərdə külək elektrik enerjisinin verilməsində problem yaratmışdı. Amma ciddi problem olmamışdı. Küləyin təsiri nəticəsində fəsadlar yaranan ərazilərdə problem operativ aradan qaldırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti