...

ATU-da "Şərq Ulduzu" şərablarının dequstasiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2016 14:11 (UTC +04:00)
Azərbaycan Texnologiya Universitetində (ATU) Qida məhsulları və istehlak mallarının texnologiyası kafedrasının təşəbbüsü ilə elmi seminar və “Şərq Ulduzu” şərab zavodunun məhsullarının dequstasiyası keçirilib.
ATU-da "Şərq Ulduzu" şərablarının dequstasiyası keçirilib   (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Texnologiya Universitetində (ATU) Qida məhsulları və istehlak mallarının texnologiyası kafedrasının təşəbbüsü ilə elmi seminar və “Şərq Ulduzu” şərab zavodunun məhsullarının dequstasiyası keçirilib. ATU-dan Trend-ə verilən məlumata görə, ilk dəfə təşkil olunan tədbir universitetdə həyata keçirilən Müştəriyə Yönəlmə Proqramı çərçivəsində baş tutub.

Elmi seminarda müvafiq ixtisaslarda təhsil alan 2,3 və 4-cü kürs tələbələri, kafedranın professor-müəllim heyəti, ATU-nun prorektorları, eləcə də “Şərq Ulduzu” şərab zavodunun mütəxəssisləri iştirak edib.

ATU-nun elm və texnika üzrə prorektoru Səbuhi Yusifov, Qida məhsulları və istelak mallarının texnologiyası kafedrasının müdiri Əhəd Nəbiyev çıxış edərək bildirib ki, bu cür elmi seminarlar həm tələbələrin gələcəyin yaxşı mütəxəssisləri kimi yetişməsinə, həm də müəssisələrdə istehsal keyfiyyətini artırmağa xidmət edir.

“Şərq Ulduzu” MMC-nin baş texnoloqu Aydın Əmrahov isə qeyd edib ki, təmsil etdiyi zavodda şərabın hazırlanmasında ən müasir texnologiyalardan istifadə olunur. Mütəxəssis daha sonra tələbə və müəllimləri müəssisədə şərabın istehsalı ilə bağlı maraqlandıran sualları cavablandırıb. Qeyd olunub ki, universitetlə istehsal müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi həm ATU, həm də “Şərq Ulduzu” şərab zavodu üçün səmərəli ola bilər. ATU-da qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin zavodda istehsalat təcrübəsi keçməsi isə onların daha yaxşı texnoloq kimi formalaşmasına zəmin yaradar.

Sonra seminar kafedranın dequstasiya otağında “Şərq Ulduzu” şərab zavodunun istehsalı olan məhsulların dequstasiyası ilə davam edib. Professor-müəllim heyətinin iştirak etdiyi dequstasiyada zavodun 7 növ (“Saperavi”, “Kaqor”, “Şiraz”, “Rkasteli”, “Şardone”, “Kaberne”, “Sovinyon” və “Ağdam”) şərabı baxışdan keçirilib. Münsiflər heyəti hər bir şərabın rənginə, şəffaflığına, intensivliyinə və keyfiyyətinə 100 ballıq sistem əsasında qiymət verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti