...

"Azərişıq": Elektrik enerjisinin verilməsində problem yoxdur

Cəmiyyət Materials 8 Dekabr 2016 14:18 (UTC +04:00)
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti abonentlərin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün 24 saat xidmət göstərir.
"Azərişıq": Elektrik enerjisinin verilməsində problem yoxdur

Bakı. Samir Əli - Trend:

Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti abonentlərin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün 24 saat xidmət göstərir.

Bu barədə Trend-ə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Qurum rəsmisi bildirib ki, hava şəraiti ilə bağlı hələlik nə rayonlarda, nə paytaxtda, nə də Bakıətrafı ərazilərdə elektrik enerjisi təminatında ciddi problem yaranmayıb:

"Azəravtoyol":  Yollar buz bağlasa...

"Azəravtoyol": Yollar buz bağlasa...

"Bu gün səhər saatlarında bir neçə ərazidən elektrik enerjisi ilə bağlı fərdi müraciətlər olub ki, həmin problem də əməkdaşlarımız və texnikalarımız vasitəsilə aradan qaldırılıb. Hazırda Azərbaycan ərazisində elektrik enerjisinin verilməsində heç bir problem yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti