...

ATU-da bilik yarışı keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Dekabr 2016 09:33 (UTC +04:00)
Azərbaycan Texnologiya Universitetində (ATU) bələdiyyələrə həsr olunan bilik yarışı keçirilib.
ATU-da bilik yarışı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Texnologiya Universitetində (ATU) bələdiyyələrə həsr olunan bilik yarışı keçirilib. ATU-dan Trend-ə verilən məlumata görə, Universitetin İnzibati idarəetmə kafedrasının təşəbbüsü ilə keçirilən yarışda Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi Elşad Məmmədov və Nizami bələdiyyəsinin nümayəndəsi Elçin Ələkbərov da iştirak edib.

Bilik yarışında ATU-nun Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan 2 və 3-cü kurs tələbələrindən təşkil olunan 4 komanda iştirak edib. 3 turda keçirilən yarışda təqdim olunan suallar tələbələrin nəzəri və təcrübə biliklərini yoxlamaq məqsədi daşıyıb və əsasən yerli özünüidarəetmə orqanlarının yaranması, fəaliyyəti, eləcə də bu sahədəki mövcud qanunvericiliyi əhatə edib.

1-ci turda "Turan" komandası "Göygöl" komandası üzərində, 2-ci turda isə "Kəpəz" komandası "Nizami" komandası üzərində qələbə qazanıb. Nəhayət final qarşılaşmasında topladığı ballarla "Turan" komandasını üstələyən "Kəpəz" komandası yarışın qalibi olub. Qalib komandanın üzvlərinə mükafatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti