...

Xətai rayonunda işıq problemi aradan qaldırıldı

Cəmiyyət Materials 5 Yanvar 2017 11:50 (UTC +04:00)
Bakının Xətai rayonunun bir hissəsinin elektrik enerjisi təchizatında yaranmış problem aradan qaldırılıb.
Xətai rayonunda işıq problemi aradan qaldırıldı

Bakı. Samir Əli - Trend:

Bakının Xətai rayonunun bir hissəsinin elektrik enerjisi təchizatında yaranmış problem aradan qaldırılıb.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə bildirib ki, “Azərenerji” ASC və “Azərişıq” ASC əməkdaşlarının birgə operativ səyləri nəticəsində elektrik enerjisi təchizatında yaranmış problem tam aradan qaldırılıb və həmin ərazilərdə fasiləsiz elektrik enerjisinin təchizatı tam bərpa olunub.

Xətai rayonunda elektrik enerjisi verilişi nə vaxt bərpa olunacaq?

Xətai rayonunda elektrik enerjisi verilişi nə vaxt bərpa olunacaq?

Qeyd edək ki, yanvarın 5-də gecə saatlarında “Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq “Əhmədli” yarımstansiyasında baş vermiş qısaqapanma nəticəsində rayonun S.Mehmandarov küçəsi, Məhəmməd Hadi, Gəncə prospekti və digər yaşayış massivlərində elektrik enerjisi təchizatında fasilə yaranmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti