...

“Azərsu” ilə bağlı vətəndaş müraciətlərinin statistikası (FOTO)

Cəmiyyət Materials 23 Yanvar 2017 14:59 (UTC +04:00)
2016-cı ildə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 26565 müraciət edilib.
“Azərsu” ilə bağlı vətəndaş müraciətlərinin statistikası  (FOTO)

Bakı. Trend:

2016-cı ildə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 26565 müraciət edilib.

Bu barədə Trend-ə “Azərsu” ASC-dən məlumat verilib.

2016-cı ildə "ASAN xidmət” mərkəzlərinin əhatə dairəsinin genişlənməsi daha böyük istehlakçı qruplarının “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərdən istifadəsinə şərait yaradıb.

Bildirilir ki, müraciətlərin 7905-i smart kartlara yükləmələr haqqında məlumatın verilməsi, 5694-ü yararsız vəziyyətə düşmüş smart kartların bərpası, 4652-i abonent məlumatlarına dəyişikliklərin edilməsi ilə bağlı olub. Bununla yanaşı, məcburi köçkün qrupuna aid abonentlərin limitlərinin smart-karta yüklənməsi ilə bağlı 2156, ödənişlə bağlı 1907, borclar haqqında məlumatların verilməsi ilə bağlı 2113, digər məsələlərlə bağlı 2138 müraciət daxil olub. Ən çox müraciət (7382) Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət” mərkəzində qeydə alınıb.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılmışdır. “Azərsu” ASC-nin müştəri xidmətləri ilə bağlı 2014-cü ildə 10013, 2015-ci ildə 17108 və 2016-cı ildə 26565 olmaqla, ümumilikdə 53686 müraciət daxil olub. Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3, Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, həmçinin Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallı şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti