...

Paytaxtın əksər yollarında sıxlıq var (FOTO)

Cəmiyyət Materials 17 Fevral 2017 10:32 (UTC +04:00)
Paytaxtın əksər yollarında nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.
Paytaxtın əksər yollarında sıxlıq var (FOTO)

Bakı. Trend:

Paytaxtın əksər yollarında nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın əksər küçə və prospektində, o cümlədən Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektlərində, Həsən Əliyev, A.Bakıxanov, A.M.Şərifzadə, A.Salamzadə, H.Seyidzadə küçələrində, 20 Yanvar və Qələbə dairələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Küçə və prospektlərdə yolun hərəkət hissəsi qar və buzla örtüldüyündən səhər saatlarında sərnişin avtobuslarının hərəkətində də çətinliklər yaranıb.

Agentlik mövcud vəziyyətin aradan qaldırılması və yollarda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq qurumlarla birgə iş aparır.

Qeyd edək ki, Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət daha 20 km/saat endirilib.

Bir daha sürücülərə sükan arxasında ehtiyatlı olmaları və meteoroloji amilləri nəzərə almaları tövsiyə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti