...

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan sərnişinlərlə bağlı yeni məlumat: 3 nəfər evə buraxıldı (YENİLƏNİB)

Cəmiyyət Materials 9 Mart 2017 11:16 (UTC +04:00)
Səhiyyə Nazirliyi Bakı-Sumqayıt yolunda bu gün sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölən və xəsarət alan şəxslərlə bağlı yeni məlumatı açıqlayıb.
Bakı-Sumqayıt yolundakı qəzada yaralanan sərnişinlərlə bağlı yeni məlumat: 3 nəfər evə buraxıldı (YENİLƏNİB)

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi Bakı-Sumqayıt yolunda bu gün sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölən və xəsarət alan şəxslərlə bağlı yeni məlumatı açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, xəsarət alanların 17-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 4 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan biri Kliniki Tibbi Mərkəzə daxil olan kimi dünyasını dəyişib. Ümumilikdə hadisə nəticəsində 5 ölüm faktı qeydə alınıb. Kliniki Tibbi Mərkəzdə olan iki xəstənin vəziyyəti ağırdır.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralılardan 3 nəfər travmotologiya, 6 nəfər neyrocərrahiyə, 2 nəfər reanimasiya, 3 nəfər cərrahiyə şöbəsinə yerləşdirilib, 2 nəfərə isə ambulator yardım göstərilib.

Xəsarət alanlardan 3 nəfər - 2-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından, biri isə Kliniki Tibbi Mərkəzdən evə buraxılıb.

S.Əhmədova bildirib ki, hazırda Səhiyyə Nazirliyinin qabaqcıl mütəxəssisləri xəstəxanalara gedərək yaralıların vəziyyəti ilə yaxından tanış olur, lazımi yardım göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti