...

BDU-da 31 mart soyqırımı qurbanları anılıb (FOTO)

Cəmiyyət Materials 29 Mart 2017 14:37 (UTC +04:00)
Bakı Dövlət Universitetində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
BDU-da 31 mart soyqırımı qurbanları anılıb (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.

BDU-nun Mətbuat və İnformasiya Şöbəsindən Trend-ə verilən məlumata görə, Universitetin professor-müəllim heyətinin iştirak etdiyi tədbiri açan rektor, akademik Abel Məhərrəmov Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını, tarixin bütün dönəmlərində erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını diqqətə çatdırıb. 1918-ci il 31 mart soyqırımından bəhs edən rektor ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini qeyd edib.

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar 5 dəqiqəlik çarxın nümayişindən sonra Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri dövlət cinayətləri adlandıraraq faktlarla ətraflı məlumat verib.

Sonda tələbələr adından tarix fakültəsinin tələbəsi Ayan Kərimova çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti