...

DİN Milli Şuranın mitinqi ilə bağlı bəyanat yayıb

Cəmiyyət Materials 8 Aprel 2017 17:09 (UTC +04:00)
Daxili İşlər Nazirliyi mitinqlə bağlı bəyanat yayıb.
DİN Milli Şuranın mitinqi ilə bağlı bəyanat yayıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi mitinqlə bağlı bəyanat yayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir:

"Bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti