...

Bədii gimnastika üzrə Dünya Kuboku yarışlarında (FOTO)

Cəmiyyət Materials 29 Aprel 2017 15:47 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının ikinci günüdür. Trend-in məlumatına görə, yarışlar Milli Gimnastika Arenasında keçirilir.
Bədii gimnastika üzrə Dünya Kuboku yarışlarında (FOTO)

Bakı. Ləman Zeynalova - Trend:

Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının ikinci günüdür. Trend-in məlumatına görə, yarışlar Milli Gimnastika Arenasında keçirilir.

Yarışların ikinci günündə həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə təsnifat yarışları keçiriləcək.

Finallar isə turnirin son günü keçiriləcək.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə ediblər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti