...

Bakıda güclü külək XƏBƏRDARLIĞI Moskva qasırğasının təsirindəndirmi? - RƏSMİ CAVAB (ÖZƏL)

Cəmiyyət Materials 30 May 2017 12:07 (UTC +04:00)
Azərbaycana şimaldan – Rusiya ərazisindən hava kütlələrinin daxil olması ilə əlaqədar hava şəraiti qeyri-sabit olacaq.
Bakıda güclü külək XƏBƏRDARLIĞI Moskva qasırğasının təsirindəndirmi? - RƏSMİ CAVAB (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycana şimaldan – Rusiya ərazisindən hava kütlələrinin daxil olması ilə əlaqədar hava şəraiti qeyri-sabit olacaq.

Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, bununla əlaqədar mayın 31-i axşamdan iyunun 1-dək hava küləkli olacaq:

"Bu müddətdə Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Ümumilikdə yaxın 2-3 gün ərzində ölkə ərazisində hava şəraitinin dəyişməsinə səbəb olacaq güclü prosesin baş verəcəyi gözlənilmir. Amma mayın 31-i axşamdan başlayaraq, iyunun 1-i gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Bu, Bakıda həmişə müşahidə edilən küləklər kimi olacaq. Yəni, Moskvadakı kimi qasırğa olmayacaq. Bölgələrdə də hava küləkli olacaq. Amma əsasən, yağışla müşahidə olunacaq”.

A.Verdiyev qeyd edib ki, qeyd edilən müddətdə temperatur rejimində ciddi dəyişikliyin olacağı gözlənilmir.

Qeyd edək ki, ötən gün Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib. Moskvada güclü qasırğa nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti