...

Metronun "Neftçilər" stansiyasında təmir işləri başa çatdı (FOTO)

Cəmiyyət Materials 23 Avqust 2017 10:16 (UTC +04:00)
"Neftçilər" stansiyasının vestibüllərində təmir işləri yekunlaşdırılıb.
Metronun "Neftçilər" stansiyasında təmir işləri başa çatdı (FOTO)

Bakı. Samir Əli - Trend:

"Neftçilər" stansiyasının vestibüllərində təmir işləri yekunlaşdırılıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, təmir-bərpa tədbirləri çərçivəsində vestibülün giriş qapısından platforma səviyyəsinə qədər divar örtüyü tamamilə yenilənib, döşəmənin isə ehtiyac duyulan yerlərində təmir-bərpa işləri yerinə yetirilib.

Təmir zamanı kassa zalında sərnişinlərin rahatlığını təmin etmək məqsədilə yeniliklər də tətbiq olunub. Əvvəlki kassa otaqlarının ön hissəsində "BakıKart" kart yükləmə və satışı aparatlarının rahat və sərnişinlərə maneə törətmədən yerləşdirilməsi üçün xüsusi yer inşa edilib. Həmçinin sərnişin keçid məntəqəsində avtomat-nəzarət buraxılış köşkləri sərnişinlərin daha rahat keçməsini təmin edən səmtə dəyişdirilib.

Təmir müddətində vestibülün bütün elektrik təchizatı, yanğın təhlükəsizliyi, rabitə və elektromexaniki qurğuları yeniləşdirilərək müasir tələblər səviyyəsinə çatdırılıb.

Qeyd edək ki, vestibüllərdə təmir aparıldığı müddət ərzində sərnişinlərin stansiyadan istifadə etməsinə məhdudiyyət qoyulmamışdı. Bu məqsədlə bütün təmir-bərpa tədbirləri mərhələli şəkildə aparılaraq, müvafiq iş şəraiti yaradılmış, həmçinin sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmir sahələri çəpərlənmişdi.

Xatırladaq ki, 2016-cı ildə stansiyanın keçidləri tam təmir edilmişdi. Bu tədbirlər çərçivəsində keçidlərin döşəmə və divar örtüyü yenilənmiş, keçid divarlarında stansiyanın adını özündə ehtiva edən mozaik pannolar quraşdırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti