Bakı. İlhamə İsabalayeva – Trend:
Ölkə ərazisindəki çaylarda sululuğun artacağı gözlənilir.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, yaxın 2-3 gün ərzində gözlənilən yağışlı hava şəraiti ilə əlaqədar əsasən, Böyük Qafqazın və Lənkəran-Astara zonasının çaylarında artım baş verəcək.
Daha çox artımın Lənkəran-Astara çaylarında qeydə alınacağının gözlənildiyini deyən A.Verdiyev bu artımın da qısamüddətli olacağını, subasmalara səbəb olmayacağını söyləyib.
Baş hidroloq qeyd edib ki, ümumiyyətlə, Lənkəran-Astara zonası çaylarında ən yüksək sululuq oktybar-noyabr aylarında müşahidə edilir.