...

Latviya aviaşirkəti Azərbaycanda nümayəndəlik açıb

Cəmiyyət Materials 8 Noyabr 2017 10:56 (UTC +04:00)
"AirBaltic" milli aviaşirkəti Azərbaycanda nümayəndəlik açıb.
Latviya aviaşirkəti Azərbaycanda nümayəndəlik açıb

Bakı. Ənvər Məmmədov - Trend:

Latviyanın "AirBaltic" milli aviaşirkəti Azərbaycanda nümayəndəlik açıb.

Bu barədə Trend "Vergilər" qəzetinə istinadən məlumat verir.

Şirkətin rəsmi nümayəndəsi Rusiya vətəndaşı Andrey Larçenkodur.

"AirBaltic" Səhmdar Cəmiyyəti 1995-ci ildə yaradılıb. Şirkətdə səhmlərin 80,05 faizi Latviya dövlətinə məxsusdur.

Şirkətin parkında 30 avialayner, o cümlədən 5 "Boeing 737-500", 6 "Boeing 737-300", 7 "Bombardier CS300" və 8 "Bombardier Q400 NextGen" təyyarəsi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti