...

ABŞ-ın vətəndaşlarına Azərbaycanda əməliyyat olunmamaları tövsiyəsi ilə bağlı rəsmi AÇIQLAMA

Cəmiyyət Materials 15 Noyabr 2017 11:41 (UTC +04:00)
Səhiyyə nazirinin müavini Elsevər Ağayev ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına Azərbaycanda əməliyyat olunmamaları və dərmanlarını özləri ilə gətirmələri ilə bağlı etdiyi tövsiyəsinə münasibət bildirib.
ABŞ-ın vətəndaşlarına Azərbaycanda əməliyyat olunmamaları tövsiyəsi ilə bağlı rəsmi AÇIQLAMA

Bakı. İlhamə Isabalayeva - Trend:

Səhiyyə nazirinin müavini Elsevər Ağayev ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına Azərbaycanda əməliyyat olunmamaları və dərmanlarını özləri ilə gətirmələri ilə bağlı etdiyi tövsiyəsinə münasibət bildirib.

Trend-in məlumatına görə, E.Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, bu barədə məlumatları mətbuatdan oxuyub.

O qeyd edib ki, ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına Azərbaycanda əməliyyat olunmamaları və dərmanlarını özləri ilə gətirmələri ilə bağlı tövsiyə etməsi onların öz şəxsi fikirləri və seçimidir:

"Ancaq hər halda Azərbaycanda yaşayan Amerika və digər ölkələrin vətəndaşları məhz bizim ölkənin səhiyyə xidmətlərindən yararlanırlar. Hazırda Azərbaycanda dünyada icra olunan mürəkkəb əməliyyatlar həyata keçirilir. Həmçinin, ölkədə özəl səhiyyə də inkişaf edir. Belə tibb müəssisələrinin də sayı artır. Bu gün Azərbaycanda özəl fəaliyyətlə məşğul olan 870 səhiyyə ocağı, təxminən 2300-dən çox əczaçılıq müəssisəsi fəaliyyət göstərir. İstər dövlət, istərsə də özəl müəssisə olsun, biz onlar arasında fərq qoymuruq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti