...

Azərbaycanda 180 min müxtəlif qüsurlu uşaq aşkarlanıb

Cəmiyyət Materials 20 Noyabr 2017 13:02 (UTC +04:00)
Bu il Azərbaycanda uşaqların 70 faizi icbari dispanserizasiyaya cəlb edilib.
Azərbaycanda 180 min müxtəlif qüsurlu uşaq aşkarlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il Azərbaycanda uşaqların 70 faizi icbari dispanserizasiyaya cəlb edilib.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini qeyd edib ki, ölkədə cari il ərzində 180 min müxtəlif qüsurlu uşaq aşkarlanıb.

Onun sözlərinə görə, həmin uşaqların üzərində sağlamlaşdırıcı tədbirlər həyata keçirilir.

E.Ağayev qeyd edib ki, bu il 68 min uşaq dispanser qeydiyyatına götürülüb: “Dispanserizasiya tədbirləri böyüklərə də şamil edilir. Böyüklər arasında da dispanserizasiya tədbirləri həyata keçirilir. Belə ki, ölkənin 7,2 milyon böyük əhalisinin 5,5 milyonu cari ilin mart-may aylarında aparılan sağlamlaşdırıcı tədbirlərə cəlb edilib. Valideynlərə də tövsiyə olunmalıdır ki, bu tədbirlərdən yayınmasınlar. Ümumilikdə, Azərbaycanda uşaqların 90 faizi icbari dispanserizasiyaya cəlb olunur, sadəcə olaraq, vaksinasiyadan yayınanlar var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti