...

Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Cəbrayıl və Füzulidə humanitar aksiya keçirəcək

Cəmiyyət Materials 1 Dekabr 2017 23:46 (UTC +04:00)
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Füzuli rayonu Horadiz şəhəri və Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində humanitar aksiya keçirəcək.
Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Cəbrayıl və Füzulidə humanitar aksiya keçirəcək

Bakı. Trend:

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Füzuli rayonu Horadiz şəhəri və Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində humanitar aksiya keçirəcək.

Trend-ə Mərkəzdən verilən məlumata görə, aksiya 7-8 dekabr tarixlərində keçiriləcək.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi aksiyalar gündən-günə artır və prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur. Mərkəz mütamadi olaraq respublikanın müxtəlif regionlarında pasientlərə səyyar xidmət göstərir. Bu dəfə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası Füzuli rayonun Horadiz şəhəri və Cəbrayıl rayounu Cocuq Mərcanlı kəndində aksiya keçirir. Məqsəd həm pasientlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və yerindəcə həll etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti