Bakı. Trend:
“Pullman Hotels and Resorts” otelində “Star Kids Group” şirkətinin təşkilatçılığı ilə “Qış Nağılı” adlı uşaqlar arasında moda yarışması yarışması keçirilib.
Trend-in məlumatına görə, müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak edib. “Qış Kolleksiyası“na həsr olunmuş tədbirdə 83 model və 28 modelyer iştirak edib. Modellərin 49-u qız, 34-ü isə oğlan olub. Tədbirdə Azərbaycanın məhşur simaları, modelyer-dizaynerlər, xalq artistləri və əməkdar artistlər iştirak etdilər.
Münsiflər heyəti: Əməkdar incəsənət xadimi , ADMİU-nun Modelləşdirmə kafedrasının dosenti, modelyer Fəxriyyə Xələfova, Azərbaycan Milli Geyim Mərkəzinin və Moda evinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, “YES MODA EVİ”nin rəhbəri modelyer Yeganə Sadıqova, müğənnilər Roza Zərgərli, Ayaz Qasimov, model İlqar Əliyev. Tədbirin layihə rəhbəri “Star Kids Group” şirkətinin hüquqi təmsilçisi Aygün Əliyeva. Aparıcı – Samir Bayramlı.
QALIBLƏR
Qızlar arasında: Oğlanlar arasında:
1-ci Yer Qalibi Model: Amira Səfərova |
1-ci Yer Qalibi Model: Rəvan Mustafayev |
|
1-ci Yer Qalibi Modelyer: Aysel Əliyeva |
1-ci Yer Qalibi Modelyer: Hülya Allahverdiyeva |
|
2-ci Yer Qalibi Model: Yeganə İbrahimli |
2-ci Yer Qalibi Model: Rəvan Qasımov |
|
2-ci Yer Qalibi Modelyer: Gül Qurbanova |
2-ci Yer Qalibi Modelyer: Nərgiz Bağırova |
|
3-cü Yer Qalibi Model: Əsmər Məmmədzadə |
3-cü Yer Qalibi Model Sabir Məlikli |
|
3-cü Yer Qalibi Modelyer: Aysel Əhmədzadə |
3-cü Yer Qalibi Modelyer: Rəqsanə Zeynallı |
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az