...

ƏƏSMN-nin “Çağrı mərkəzləri”nə ötən il 151,9 minə yaxın müraciət daxil olub

Cəmiyyət Materials 5 Yanvar 2018 17:08 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Çağrı mərkəzləri” tərəfindən ötən il 151,9 minə yaxın müraciət cavablandırılıb.
ƏƏSMN-nin “Çağrı mərkəzləri”nə ötən il 151,9 minə yaxın müraciət daxil olub

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 və 190 - “Çağrı mərkəzləri” tərəfindən son bir ayda - ötən ilin dekabr ayında 17 362 müraciətin cavablandırılması təmin olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlər sosial təminat, əlilliyin müəyyən edilməsi və tibbi-sosial reabilitasiya, məşğulluğun təminatı, əmək qanunvericiliyinə əməl olunması, sığorta-pensiya sistemi, bu sahələr üzrə elektron xidmətlərdən istifadə və s. məsələləri əhatə edib. “Çağrı mərkəzləri”nə daxil olan hər bir müraciətin operativ şəkildə cavablandırılması təmin olunub. Ümumi müraciətlərin 96,4 faizini qeyd olunan məsələlərə dair sorğu xarakterli müraciətlər təşkil edib. Bu sorğularla əlaqədar nazirliyin mütəxəssisləri tərəfindən vətəndaşlara aidiyyəti qanunvericilik aktlarına istinad olunmaqla aydın şəkildə izahatlar verilib. Digər müraciətlərdə ifadə olunan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq müvafiq tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlara məlumat verilib.

Hər iki “Çağrı mərkəzi”nin fəaliyyətinin təkmilləşdirilməsi, onların əhaliyə xidmət funksiyalarının genişləndirilməsi üçün son illərdə elektron texnologiyaların tətbiqi şəraitində məqsədyönlü işlər görülüb. Belə ki, hazırda əlillik müayinəsinin nəticəsi, habelə ünvanlı dövlət sosial yardımının alınması üçün edilmiş müraciətə baxılmasının cari vəziyyəti barədə 142 - “Çağrı mərkəzi” vasitəsilə də məlumat əldə etmək mümkündür. Həmçinin 190 -“Çağrı mərkəzi” vasitəsi ilə avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparılmasına imkan yaradılıb.

Ümumilikdə son bir ildə ƏƏSMN-nin 142 və 190 - “Çağrı mərkəzləri” tərəfindən 151,9 minə yaxın müraciət cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti