...

Nazirlik: Bakıda hazırkı temperatur normadan yüksəkdir

Cəmiyyət Materials 8 Fevral 2018 10:36 (UTC +04:00)
Hazırda Bakıda və Abşeron yarımadasında qeydə alınan havanın temperaturu iqlim normasından 1-2 dərəcə yüksəkdir.
Nazirlik: Bakıda hazırkı temperatur normadan yüksəkdir

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda Bakıda və Abşeron yarımadasında qeydə alınan havanın temperaturu iqlim normasından 1-2 dərəcə yüksəkdir.

Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, temperaturun iqlim normasından yüksək olması dünən də qeydə alınıb.

A.Verdiyev hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 7-10 dərəcə isti olduğunu söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti