...

Bakıda hər gün 83 körpə doğulub

Cəmiyyət Materials 1 Mart 2018 20:01 (UTC +04:00)
2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 30 373 nəfər, gündə təxminən 83 doğulmuş körpə qeydə alınıb.
Bakıda hər gün 83 körpə doğulub

Bakı. Elçin Mehdiyev – Trend:

2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 30 373 nəfər, gündə təxminən 83 doğulmuş körpə qeydə alınıb.

Trend-in məlumatına görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 13,5 təşkil edib. Doğulan körpələrin 346-ı əkiz, 4-ü üçəm olub.

Yeni doğulan körpələrin 52,5 faizi oğlan, 47,5 faizi isə qız uşaqlarından ibarət olub.

2017-ci ildə Bakı şəhərində 12 938 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,7 təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti