...

Ceyhun Bayramov: Ehtiyat ibtidai sinif dərslikləri hazırlanır

Cəmiyyət Materials 5 Mart 2018 13:06 (UTC +04:00)
Yeni ehtiyat dərslik konsepsiyasına uyğun olaraq, Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən ehtiyat ibtidai sinif dərsliklərinin hazırlanması prosesi istiqamətində işlər aparılır.
Ceyhun Bayramov: Ehtiyat ibtidai sinif dərslikləri hazırlanır

Bakı. Ilhamə Isabalayeva - Trend:

Yeni ehtiyat dərslik konsepsiyasına uyğun olaraq, Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən ehtiyat ibtidai sinif dərsliklərinin hazırlanması prosesi istiqamətində işlər aparılır.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən , təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, ilkin konsepsiya hazırlanan zaman beynəlxalq tədqiqatların nəticələri, orada ölçülən göstəricilər məzmun baxımından nəzərə alınıb:

"Hesab edirik ki, beynəxalq təqdiqatların meyarları yeni dərslik konsepsiyasında nəzərə tutulacaq. Növbəti illərdə həmin dərsliklərin tətbiq olunması ilə bağlı daha müsbət nəticələr əldə edəcəyik".

C.Bayramov bildirib ki, hər bir sinif üçün dərslik tərtib olunan zaman müəllim üçün metodik vəsait də hazırlanacaq:

"Yeni ehtiyat dərslik modelində isə həm də tövsiyə xarakterli metodik vəsaitin hazırlanmasını nəzərdə tutmuşuq. Valideynlərin uşaqları ilə hansı istiqamətdə məşğul olması, onlara yardım etməsi şagirdlərin təhsil səviyyəsində mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə artıq işlərə başlanılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti