Bakı. Hüseyn Vəliyev - Trend:
Paytaxtda daha bir marşrut kart sisteminə keçəcək.
Bu barədə Trend-ə “Xaliq Faiqoğlu” MMC-dən məlumat verilib.
Bildirilib ki, hazırda şirkətin istismarında olan 18, 52, 61, 65, 79, 85, 96 və 135 saylı marşrut xətlərində "BakıKart" sistemi tətbiq olunur. 2018-ci ilin II rübündə 20 saylı marşrut xəttinin də "BakıKart" sisteminə keçidi təmin ediləcək. Beləliklə, elektron sistemdə fəaliyyət göstərən avtobusların sayı 172 ədəd olacaq.
Müasir standartlara cavab verən avtobuslarda "Wi-Fi" modemlərinin quraşdırılması mərhələli şəkildə həyata keçirilir.
Hazırda “Xaliq Faiqoğlu” MMC-nin 18, 61 və 65 saylı xətt üzrə hərəkət edən avtobuslarında pulsuz "Wi-Fi" şəbəkələri fəaliyyət göstərir.
Qeyd olunub ki, ümumiyyətlə, "BakıKart" layihəsinin tətbiqi üçün şirkət tərəfindən bir milyon manatdan artıq investisiya qoyulub.