...

Bakıda toz-duman nə vaxt bitəcək? - Nazirliyin cavabı

Cəmiyyət Materials 30 Mart 2018 09:48 (UTC +04:00)
Bakıda müşahidə olunan toz-dumanın miqdarı günorta norma həddinə qədər enəcək.
Bakıda toz-duman nə vaxt bitəcək? - Nazirliyin cavabı

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 29 mart 2018-ci il tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanının miqdarı sanitar normadan artıq olduğu müəyyən edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, buna səbəb ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 30 mart 2018-ci il tarixində ölkə ərazisinə daxil olan şimal-qərb küləyi ilə əlaqədar olaraq Bakı və Abşeron yarımadasında günorta saatlarından başlayaraq havada tozun miqdarının azalaraq sanitar norma daxilində olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti