...

Hicran Hüseynova: Analar qızlarını zorakılıqdan qorumaq istəyirlərsə, oğlanlarına düzgün tərbiyə verməlidirlər

Cəmiyyət Materials 30 May 2018 11:06 (UTC +04:00)
Məişət zorakılığının qarşısının alınması sahəsində böyük işlərin görülməsinə baxmayaraq, bu məsələ hələ də bizi narahat edir.
Hicran Hüseynova: Analar qızlarını zorakılıqdan qorumaq istəyirlərsə, oğlanlarına düzgün tərbiyə verməlidirlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Məişət zorakılığının qarşısının alınması sahəsində böyük işlərin görülməsinə baxmayaraq, bu məsələ hələ də bizi narahat edir.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumunda çıxışı zamanı deyib.

H.Hüseynova bildirib ki, əgər analar qızlarını zorakılıqdan qorumaq istəyirlərsə, oğlanlarına düzgün tərbiyə verməlidirlər:

"Nəzərinizə çatdırım ki, bu istiqamətdə işlərin daha da gücləndirilməsi üçun məişət zorakılığı ilə bağlı onlayn məlumat bankı yaradılıb. Bu, yerlərdə monitorinq qruplarının işini daha da sürətləndirir, baş vermiş hadisənin operativ olaraq ağır fəsadlar yaratmadan, vaxtında qarşısının alınmasına səbəb olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti