Bakı. Samir Əli - Trend:
Ağsu rayonunda aramsız yağan yağışlar fəsadlar törədib.
Bu barədə Trend-ə Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov deyib.
İcra başçısının müavini bildirib ki, yağan yağışlar rayonun Maşadqanlı kəndinə gedən avtomobil yolunun bir hissəsini dağıdıb:
"Yolun bir hissəsi tam dağılıb. Dərhal əraziyə lazımi texnika və canlı qüvvə cəlb edilib. Kəndə müvəqqəti olaraq alternativ yol çəkilib və hərəkət bərpa olunub".
İ.Mikayılov deyib ki, güclü yağış kəndlərdə taxıl sahələrinə də zıyan vurub.