...

Nazirlik: İyunun 7-dək çaylarda suyun səviyyəsinin artacağı gözlənilmir

Cəmiyyət Materials 4 İyun 2018 16:15 (UTC +04:00)
İyunun 7-dək çaylarda suyun səviyyəsinin artacağı gözlənilmir.
Nazirlik: İyunun 7-dək çaylarda suyun səviyyəsinin artacağı gözlənilmir

Bakı. İlhamə İsabalayeva - Trend:

Son bir neçə gün ərzində yağan leysan yağışlar nəticəsində səviyyəsi qalxan bütün çaylarda hazırda enmə müşahidə edilir.

Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyevin sözlərinə görə, iyunun 5-də Böyük Qafqazın cənub yamacında qısamüddətli yağışlar gözlənilsə də, çaylarda suyun səviyyəsinin yenidən artacağı proqnozlaşdırılmır:

Nazirlik: Göyçay çayında suyun səviyyəsi azalıb - azalma sabah da davam edəcək (ÖZƏL)

Nazirlik: Göyçay çayında suyun səviyyəsi azalıb - azalma sabah da davam edəcək (ÖZƏL)

"İyunun 6-sı səhərdən 7-si gündüzədək əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Buna görə də iyunun 7-dək çaylarda suyun səviyyəsinin artacağı gözlənilmir".

Qeyd edək ki, Göyçayda sel suları nəticəsində avtomobil və piyada körpüləri dağılıb, İsmayıllıda isə güclü yağışlar evlərə və əkin sahələrinə ziyan vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti